MN:"Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır"
"Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".
Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.