Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Dövlət Komissiyası:“Edillidəki kütləvi məzarlığın altında başqa insan qalıqları da ola bilər”

 

“Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlığın altında Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş digər insanların da qalıqlarının ola biləcəyi ehtimal edilir”.

Yenixeber.org: Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək.

“Özü də təkcə bu kütləvi məzarlığın ərazisində deyil, bütün Xocavənd rayonunda. Bu işlər işğaldan azad edilmiş digər ərazilər də minalardan təmizləndikcə davam etdiriləcək”, - Z.İsmayılov bildirib.

O vurğulayıb ki, Azərbaycan hərbçilərinə aid olduğu güman edilən 12 nəfərin tapılan qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya veriləcək, sonra isə yaxınlarına təhvil veriləcək.

“Lakin həmin şəxslərin vəfatından 30 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq, bu iş ləngiyə bilər”, - Z.İsmayılov qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam