Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Xarici işlər nazirləri sərhəd missiyasını bu tarixdə təsdiqləyəcək

Xarici işlər nazirləri sərhəd missiyasını bu tarixdə təsdiqləyəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 17-də Ermənistan və Azərbaycan arasında sərhəd problemlərinin həlli üçün mülki missiyanı təsdiqləmək niyyətindədirlər.
Yenixeber.org: Bu barədə TASS Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

"Oktyabrın 6-da, bir həftə əvvəl Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşdə missiyanın yaradılması ilə bağlı razılıq əldə olunub. Bazar ertəsi nazirlərin bu missiyanı təsdiq edəcəyi gözlənilir”, - o, Lüksemburqda xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bir gün əvvəl Aİ missiyasının texniki qrupunun ayın 13-də gələcəyini bildirmişdi.

Xatırladaq ki, oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüşdən sonra İrəvan Aİ-nin mülki missiyasının Azərbaycanla sərhəddə işləməsinə razılıq verib. Missiya oktyabrda işə başlayacaq. Maksimum iki ay davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam