Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Belə mexanizmimiz varsa, niyə də erməni əhaliyə tətbiq olunmasın?!" -Fərid Şəfiyev

Yenixeber.org: Bunu BMTM sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, müəyyən optimizm var, lakin bu, şərtidir. Çünki bir çox şeylər həm də Ermənistanda daxili vəziyyətdən asılıdır.

“Amma bütün danışıqlar və ABŞ-ın prosesdə rolu onu göstərir ki, əsas beynəlxalq oyunçular Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlıdırlar. Təbii ki, Ermənistan çalışacaq ki, sülh danışıqları onun maraqlarına uyğun olsun. Amma Azərbaycanın siyasəti, mexanizmləri öz yerindədir. Hadisələr göstərir ki, bizim o 5 prinsipə əsaslanan sülh təklifimiz əsas olaraq götürülür. Qarabağdakı etnik ermənilərlə danışıqlar və onların ehtiyaclarının öyrənilməsi də gec-tez olmalıdır. 30 il bu ərazi işğal altında idi. İndi də Rusiya sülhməramlıların nəzarətindədir. Təbii ki, təmaslar olmalıdır. Lakin Prezidentimiz tərəfindən bizim şərtlərimiz elan olunub.

Daxili məsələlərimiz Azərbaycan Konstitusiyası çərçivəsində həll olunmalıdır. Amma müəyyən təkliflər verilə bilər və biz ona baxa bilərik. Milli azlıqlarla bağlı onsuz da Azərbaycanın müəyyən siyasəti var. Ölkəmizdə ruslar, gürcülər, yəhudilər və digər azsaylı xalqlar yaşayır. Məsələn, Azərbaycan büdcəsindən rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər maliyyələşir. Belə mexanizmimiz varsa, niyə də erməni əhaliyə tətbiq olunmasın?! Burada əsas məsələ orada yaşayan erməni əhalinin Azərbaycanın suverenliyini, konstitusiyasını, qanunvericiliyini qəbul etməsidir. Kim qəbul edirsə, qalacaq və imtiyazlardan istifadə edəcək. Yox, kim qəbul etmirsə, deməli ərazimizi tərk etməlidir”, - Fərid Şəfiyev qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam