Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

 Putin səfərbərlikdə buraxılan səhvlərdən danışıb:"...vətəndaşlardan şikayətlər var"

"Səfərbərlikdə buraxılan səhvlər aradan qaldırılmalıdır" -    Putin
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası ilə ölkədəki qismən səfərbərlik məsələsini müzakirə edib.
Yenixeber.org: Prezident səfərbərlik zamanı buraxılan bütün səhvlərin aradan qaldırılmasını tələb edib.
Onun sözlərinə görə, çağırışın özünün təşkili, təchizatın keyfiyyəti, məişət şəraiti və digər məsələlərlə bağlı vətəndaşlardan şikayətlər var:
“Bütün səhvləri düzəltmək və gələcəkdə onlara yol verməmək lazımdır”, - deyən dövlət başçısı əlavə edib ki, səhvlər təlaşsız, sakit, lakin tez, ətraflı və hərtərəfli şəkildə düzəldilməlidir.
Prezident həmçinin bildirib ki, səfərbər olan vətəndaşlar əlavə təlim keçməlidirlər.
"Bu cür koordinasiya, insanların təlimi ciddi şəkildə yerinə yetirilməli olan tələbdir”.
Putin qismən səfərbərliyə cəlb edilən kateqoriyaları da açıqlayıb. O bildirib ki, ehtiyatda olan, təcrübəli və ən çox tələb olan hərbi ixtisaslar üzrə şəxslər səfərbərliklə çağrılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam