“Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına növbəti dəstək təlimi keçirilib -Nərimanovda (FOTOLAR)
Yenixeber.org: 06 iyun 2017-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Humanitar dərs” - gənclərin mədəniyyətin inkişafına dəstək təşəbbüsləri layihəsinin növbəti təlimi keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri Rəşad Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədriRəsul Həşimov və 40 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, gənclər arasında, xüsusən tələbələrin fəaliyyətini səmərəli artırmaq üçün mədəniyyətlə bağlı fikirlərini öyrənmək kimi məsələlərlə bağlı məlumat vermişdir.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi ali məktəblərdə tələbələr arasında mədəniyyət fəaliyyətində humanitar təşəbbüslər anlayışını aşılamaqdır. Təlimlərin KİV-də işıqlandırılması, yazılacaq inşalar, keçiriləcək sorğular layihənin məqsədini və vəzifəsini tamamlayacaq.L.Muradova qeyd etdi ki, Azərbaycanın mədəniyyəti gündən günə inkişaf edir. Qədim zamanlardan formalaşmağa başlayan mədəniyyətimizin tam formalaşması XVI-XVIII əsrlərə təsadüf edir. Mədəniyyət hər bir insanın əldə etdiyi bilik, savad, bacarıq, tərbiyə və mənəvi-əxlaqi fəallıqdır. Həmçinin mədəniyyət xalqların tarixi yaddaşıdır.
Daha sonra “Mənim təhsilim, mənim gələcəyim” kampaniyasının rəhbəri, layihənin təlimçisi Rəşad Bayramovbu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Bayramov bildirmişdir ki, biz gənclər uşaq vaxtlarımızdan məktəbə başlayır və bir çox elmlərə yiyələnirik. Təhsil hər bir şəxs üçün çox önəmlidir. “Mənim təhsilim, mənim gələcəyim” bu ifadə hər bir gənc üçün əsas şüardır. Təhsilimizdə əsas yer alan tarix və ədəbiyyat fənləi bizim müstəqil fərd kimi formalaşmamızda mühüm əhəmiyyət kəsb edir.
Sonda təlimçi gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Qeyd etmək istərdik ki, layihə zamanı gənclərlə keçiriləcək 10 görüşdən 6-sı artıq həyata keçirilib: “Təfəkkür” Universiteti, “Odlar Yurdu” Universiteti, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti.