Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib....Nərimanov rayonunda “
Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daha bir təlimi keçirilib....
Yenixeber.org: 05 dekabr 2017-ci il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin daah bir təlimi keçirilib.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Eşqin Hüseynzadə, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 65 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan “Odlar Yurdu” Universitetinin Tələbə - Gənclər Təşkilatının sədr müavini Eşqin Hüseynzadə tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərə sahibkarlıq fəaliyyəti və onun yaradılması yolları mövzusunda, onlara işə qəbul etmə əməliyyatı, firmanın idarə edilməsi, marketinqin əsasları, komersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı, biznesin planlaşdırılması, işgüzar ünsiyyət və işgüzar danışıqların aparılması və reklam işinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hansı sənədlərin lazım olduğunu və ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi-normativ sənədlərlə onlara hansı şəraitin yaradılması istiqamətlərində, beynəlxalq təcrübə ilə inkişaf etmiş ölkə sahibkarlarının təcrübələri haqqında gənclərə geniş informasiya verməkdir. R.Rzayeva çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu gənclər siyasətinin həyata keçirildiyini, yüksək intellektual biliyə və bacarıqlara malik Azərbaycan gəncliyinin formalaşdığını vurğulamışdır.
Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov çıxış edərək bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından bəhs etmiş, həyata keçirilən iqtisadi islahatların gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli mühüt yaratdığını bildirmişdir. V.Ömərov ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini qeyd etmişdir.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. R.Nəcəfov qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Sahibkarlıq iş yerləri yaradır, habelə sabitlik və firavanlığa töhfə verir. Gənclər öz biznesini yaradıb idarə edə bildikdə iqtisadi inkişafda güclü rol oynaya bilirlər. Bütün dünyada gənclərin öz iqtisadi arzularını həyata keçirmək imkanına malik olan ölkələrdə iqtisadiyyat çiçəklənir. Gənclər möhtəşəm ideya və əzmkarlıqla öz ideyalarını reallığa çevirə və ətraflarındakı dünyanı dəyişə bilərlər, yetər ki, onlara bunun üçün resurslar verilsin.
Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, layihə çərçivəsində nəzərdə tutulmuş 7 təlimdən 6 təlimi həyata keçirilib: Azərbaycan Dövlət İqtisad Universitetində, “Bakı Avrasiya” Universitetində, “Təfəkkür” Universitetində, Azərbaycan Kooperasiya Universitetində, Bakı Humanitar Kollecində və “Odlar Yurdu” Universitetində.