Redaktor seçimi
Laçın tələsi -
Ağstafa rayon icra başçısı YAP-ın binasının ərazisini satdı –
Məşhur bank soyğunu, cinayətkara vurulan girovlar:
Fars-molla rejiminin güllələdiyi gənclər -
Gömrükdə saxta sənədlərlə yığılan milyonlar kimin cibinə gedir?-
Solovyovun hiddəti, Simonyanın “qeyrəti” və inildəyən əsgərlər – 
Azərbaycan xarici siyasətində yeni istiqamət:
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia -
Günün xəbəri

“ƏMƏLİYYAT KƏLBƏCƏRDƏN BAŞLANMALI İDİ...” -Generaldan maraqlı açıqlamalar

Yenixeber.org: Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı.

E. Quliyev qeyd edib ki, 2020-ci ilin sentyabr ayında İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi: “Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi”.

General-polkovnik qeyd edib ki, Prezidentin bu əmrini icra edilərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi işğaldan azad edildi: “Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik.

Müzəffər Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.

Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.

DSX-nin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarını peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi.

Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin Su-25 hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi.

Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraqdar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam