Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını təbrik edib

 

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Yenixeber.org: Məktubda deyilir:

"Hörmətli Sərdar Qurbanquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətlərinin, zəngin potensiala malik həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam