Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanlılar Ermənistanın təxribatlarına etiraz olaraq Praqada piket keçirib

 

Çex Respublikasında yaşayan Azərbaycan icması paytaxt Praqa şəhərində icazəli piket keçirib.

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Krizovnicke namesti meydanında baş tutan aksiyada soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, mədəni irsimizin dağıdılmasına, beynəlxalq təşkilatların ermənilərin Azərbaycan torpaqlarındakı vandalizm aktlarına səssiz qalmasına, yerli ictimaiyyətin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piket zamanı Ermənistanın son təxribatı nəticəsində həlak olan hərbçilərimizin siyahısı, “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistanın terroruna son qoyulsun!”, “UNESCO, İrəvandakı Azərbaycan irsini qoru!”, “Erməni vandalizmini dayandırın!” kimi şüarlar nümayiş etdirilib.

Aksiya diaspor fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam