Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna Ordusu Rusiyanın 5 istiqamətdə hücumlarını dəf edib

 

Ukrayna Silahlı Qüvvələri 5 yaşayış məntəqəsi istiqamətində Rusiya hərbçilərinin hücumlarını dəf edib.

Yenixeber.org: Bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, Rusiya ordusu Xarkov, Slavyansk, Kramatorsk, Baxmut, Cənubi Buq istiqamətlərində tanklardan, minaatanlardan və artilleriyadan atəş açıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Rusiya təkcə Cənubi Buq istiqamətində 26-dan çox yaşayış məntəqəsini atəşə tutub: “Düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 9 məntəqə, həmçinin 3 dayaq məntəqəsi və zenit-raket komplekslərinin 2 mövqeyi məhv edilib”.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə bir “Su-24” təyyarəsini, üç qanadlı raketi və bir politosuz uçuş aparatını məhv edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam