Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Moskvada Azərbaycan, Ermənistan və Rusiya ekspertlərinin görüşü olacaq

 

Bu ilin iyulunda Rusiyanın vasitəçiliyi ilə yaradılmış Azərbaycan və Ermənistan ekspertinin “Sülh dialoqu” platforması çərçivəsində sentyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Rusiyadan olan ekspertlərlə görüş keçirilib.

Yenixeber.org: Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.

Görüşdə Rusiya tərəfdən Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu və Rusiya Beynəlxalq Əlaqələr Şurasının nümayəndələri iştirak ediblər. Azərbaycan tərəfdən görüşə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələri və bir sıra yerli ekspertlər qatılıblar.

Tədbir iştirakçıları “Sülh dialoqu” təşəbbüsünün perspektivlərini və gələcək istiqamətlərini, ikitərəfli gündəliyi, regiondakı mövcud vəziyyəti müzakirə edib, həmçinin birgə fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildiriblər.

Görüşdə Azərbaycan, Ermənistan və Rusiya ekspertlərinin növbəti görüşünün payızda Moskvada keçirilməsi planlaşdırıldığı diqqətə çatdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam