Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər

İrəvanda etirazçılar Ermənistan parlamentinin qapısını sındırmağa cəhd ediblər.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Belə ki, ölkədə hakimiyyət əleyhinə yeni etiraz aksiyaları başlayıb.

Aksiya Ermənistan parlamentinin binası yaxınlığında keçirilir.

Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edirlər. Etirazçılar “Get!” şüarları səsləndirirlər.

Qeyd edilir ki, hökumət binası yaxınlığında da etiraz aksiyası keçirilir.

Bir qədər əvvəl isə Nikol Paşinyan Ermənistan tərəfinin hər hansı sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

O bu barədə rəsmi “Facebook” səhifəsində yazıb.

Parlament binasının yaxınlığında keçirilən aksiya zamanı vətəndaşlar Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

Öz növbəsində, polis fəallardan yolu açmağı tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam