Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Bakı Tikiş Evi məktəb direktorlarını ittiham edib:“Niyə onlar barədə ölçü götürülmür?”

 

Bakı Tikiş Evinin qarşısında izdiham yaşanır.

Yenixeber.org: 3 gün sonra yeni tədris ilinin başlaması ilə əlaqədar valideynlərin məktəbli geyimləri əldə etmək üçün Bakı Tikiş Evinin qarşısına toplaşması böyük izdihama səbəb olub.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı qərar gec verilib.

O bildirib ki, qərardan sonra da bu məsələyə cavabdeh olanlardan heç kim müəssisəyə müraciət etməyib: “Bizim heç kimlə müqaviləmiz yoxdur. Dörd rəngdən hansının tikilməsi belə deyilməyib. Bizim əsas işimiz güc strukturlarının formalarını tikməkdir. Onu axsada bilmərik. Çünki tender olub və həmin nazirliklərlə müqaviləmiz var. Əlavə vaxt və imkan daxilində istədik ki, məktəbli formaları da istehsal edək. Gündə təxminən 1500 ədəd məktəbli forması istehsal edib, satışını təşkil edirik. Bu saydan artığına bizim gücümüz çatmır. Çünki biz özəl müəssisəyik və kreditlə işləyirik. Dövlət yardımımız yoxdur. Bu səbəblərdən tək müəssisə Bakı məktəblərinin tələbini qarşılaya bilməz. Başqa əlavə müəssisə məktəbli forması istehsal etmir”.

E.Əzimov vurğulayıb ki, izdihama səbəb məktəb direktorlarının valideynləri məcbur etməsidir: “Göndərirlər ki, mütləq alınmalıdır. Niyə? Elm və təhsil naziri də yeni məktəbli formalarının alınmasının könüllü olduğunu deyib. Məcburiyyət yoxdur. Amma məktəb direktorları valideynləri məcbur edirlər. Niyə direktorlar barədə ölçü götürülmür? Niyə onlara başa salınmır ki, valideynləri incitməsinlər. Yaranan ajotaja səbəb məktəb direktorlarıdır. Anbarımızda köhnə məktəbli formaları var. Amma heç kim istəmir. Hamı yenisini istəyir. Məktəbli formaları 1-4-cü siniflər üçün məcburdu. Yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri də gəlir ki, forma verin”.

Şöbə müdiri valideyinlərə müraciət edib: “Biz davamlı olaraq formaları istehsal edəcəyik. Hamısını birdən istehsal etmək mümkün deyil. Başqa müəssisələr varsa, satışa çıxarsın. Var, amma keyfiyyəti o qədər də yaxşı deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam