Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi - YENİLƏNİB

"Xural TV"-nin rəhbəri, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başa çatıb.

Yenixeber.org: Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Əvəz Zeynallı və Elçin Sadıqovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.  

Hər iki şəxs Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunub.

***

"Xural TV"-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılıb.

Onların barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Hazırda məhkəmədə işə baxılma prosesinin davam etdiyi deyilir.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Bu maddə üzrə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. E. Fətullayev, həmçinin 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Ə.Zeynallıya çatdırıldığını iddia edib.

Bu gün Ə.Zeynallı və E.Sadıqovun ofislərində axtarış aparılıb. Baş Prokurorluqdan bildirilib ki, “Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallı barəsində cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam