Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb -TƏFƏRRÜAT

Yenixeber.org: Qətl Bilgəh qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. 

Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.

O, daha sonra Hüseynağa Şeydabəyovun meyitini Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından birinin yaxınlığında torpağa basdırıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.

***

Bakıda 16 yaşlı yeniyetmə qonşusu tərəfindən qətlə yetirilib.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məumat verilib.

Bildirilib ki, sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam