Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Ağdaşda polis narkotik əməliyyatı keçirib - həbs olunanlar var

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitə  və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılmaları istiqamətində növbəti əməliyyatlar keçirilib, 8 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a bildirilib ki, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə  Mübarizə Qrupunun əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri-Bəhruz Allahverdiyev, Mərahim Nəbiyev və Mövsüm Məmmədzadə saxlanılıb. Onların becərdikləri ümumi çəkisi 7 kiloqram olan çətənə kolları aşkar edilərək götürülüb.Keçirilən növbəti əməliyyatlar nəticəsində isə narkotik vasitə və psixotrop maddələrin saxlanması, daşınması və satışında şübhəli bilinən daha 5 nəfər- Mirələm Mustafayev, Kamil Quliyev, Nurlan Qənbərov, Vüqar Məmmədov və Əlağa Mirağayev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetmin aşkar edilərək dövriyyədən çıxarılıb.Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam