Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Narkotik satan Ağdam sakini Bərdədə saxlanılıb

Narkotik satan Ağdam sakini Bərdədə saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenixeber.org-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam