Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Prokurorluq polisin barəsindəki bəraət hökmündən protest verdi


Prokurorluq polis əməkdaşı Həşimli Elvin Elçin oğlunun barəsindəki bəraət bəraət hökmündən apellyasiya protesti verib.

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.

Bildirilib ki, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun 2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai Rayon Prokurorluğunda onun Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.

21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam