Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sərdar Kılıçın Ermənistanla sərhədə səfərinin məqsədi məlum olub

 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın 2 dövlətin sərhədinə, Qarsa səfərinin məqsədi məlum olub.

Yenixeber.org: Diplomat Ermənistanla sərhəddə yerləşən Akyaka rayonundakı Doğukapı keçid məntəqəsinə baş çəkib.

O, sonra qədim Ani şəhərinin xarabalıqlarına baxıb. Kılıç Qarsda Hərbi Muzey və Pendir Muzeyini də ziyarət edib.

Türkiyənin xüsusi nümayəndəsi mətbuata qapalı bir sıra görüşlər keçirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin şərqindəki Qars şəhərinin Akyaka rayonunda Doğukapı və Alikan keçid məntəqəsinin açılmasına hazırlıq görülməsi barədə məlumat yayılmışdı.

KİV-in məlumatına görə, İsrail şirkəti Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsi ilə məşğuldur. Akyaka bölgəsində minalardan təmizləmə işlərinin bir aya yaxındır davam etdiyi bildirilir.

Xatırladaq ki, münasibətlərin normallaşması üzrə Ermənistan tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan qeyd edib ki, üçüncü ölkə vətəndaşları üçün sərhəd keçidlərinin açılması imkanları müzakirə olunur, lakin onların tam olaraq harada açılacağı ilə bağlı konkret razılıq hələ əldə olunmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam