Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Prezidentin xüsusi nümayəndəsi:“Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”

 

“İşğal dövründə tamamilə dağıdılan Zəngilan şəhərində ekosistemin bərpası üçün 20 min çinar ağacı, 1 000 kiloqrama yaxın palıd toxumu əkilib”.

Yenixeber.org:  Bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O bildiirlib ki, bunun əsas məqsədi ətraf mühitin bərpası və meşələrin qurulmasıdır:

“Bununla yanaşı, şəhərin baş planı hazırlanıb. Plan hazırlanarkən şəhərin özünəməxsusluğu və təbiət qorunub saxlanılıb. Baş planın əsasını rahat yaşayış, yaşıl, təmiz və müasir innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir. Şəhərin özünəməxsus simasını formalaşdırarkən, baş plan hazırlanarkən bölgənin memarlıq ənənələri araşdırılıb. Bunun əsasında tarixi mühitin qorunması ilə yanaşı müasir yanaşmalar da tətbiq edilib.

Şəhər proqresiv innovasiyalarla təhciz edilmiş azmərkətəbli binalar və fərdi yaşayış evlərindən ibarət olacaq. Gələcəkdə Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam