Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ERMƏNİLƏR LAÇINI TALAN EDİB, YANDIRIR... -VİDEO

Laçında məskunlaşmış ermənilərin əşyalarını elə öz soydaşları yağmalayır. 

Yenixeber.org: Bu barədə məlumatlar erməni mediasında yayılıb və geniş rezonans doğurub.

Məlumata görə, Laçının təhvil verilməsini eşidən ermənilər şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Bununla bağli sosial şəbəkələrdə yayılan görüntüdə qadın çəkiliş apara-apara deyir: "Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur".

Soydaşlarını sərt tənqid edənlərdən biri də Vardan Qukasyan adlı bloger olub. O, yutub kanalında paylaşdığı videoda erməniləri təhqir edib. 

"Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!'',- deyə bloger gileylənib. 

Vardan Qukasyan soydaşlarının Ağdamı və başqa şəhərləri qarət edib yer üzündən silmələrini etiraf edib. O, belə talançılıq əməllərinin əsl erməni siması olduğunu vurğulayıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Kəlbəcərdən sonuncu, ən qiymətli əşyasını - unitazını aparan bu ermənilər də Azərbaycan vətəndaşına yad deyil. Elə ermənilər də bu kadrları yəqin ki, unutmayıb. Vətən müharibəsi dərsləri dünyaya aydın şəkildə göstərdi ki, erməni talançılığının, vandalizminin kökünü yalnız bir qüvvə kəsə bilir - Azərbaycan əsgəri. Onun ayağı dəyən yerdə isə inkişaf və quruculuq başlayır. Bu gün Qarabağda aparılan yenidənqurma işləri buna əyani sübutdur. Ermənilərin dağıtdıqları, xarabalığa çevirdikləri torpaqlara Azərbaycan həyat verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam