Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Tağım komandiri:"Laçındakı dörd il yarımlıq əziyyətimizi 15 günlük təxribata qurban verdik..."

“Dörd il yarım laçınlılar Laçını, şuşalılar da Şuşanı kişi kimi qoruyub saxladı...”
Yenixeber.org: Xəbər verir ki, bu gün Laçın rayonunun işğalında 27 il ötür. 1992-ci il mayın 17-dən 18-nə keçən gecə Laçın rayonu erməni və rus birləşmələri tərəfindən işğal olundu. Həmin vaxt Laçında yerləşən hərbi hissənin tağım komandiri İsabala Əsgərov açıqlamasında Laçının işğal olunmasına arada gəzən satqınların səbəb olduğunu bildirib:
“Laçın doğrudan bizə elə gəlirdi ki, alınmaz qaladır. Biz, dörd il yarım laçınlılar Laçını, şuşalılar da Şuşanı kişi kimi qoruyub saxladı. Təsəvvür edin, mənim yandığım odur ki, dörd il yarımlıq əziyyətimizi 15 günlük təxribata qurban verdik. Arif bəyin dediyi kimi partalama üçün naqillər də çəkilmişdi, ətrafa minalar da basdırılmışdı və hərtərəfli Şuşanın və Laçının müdafiəsi təşkil olunmuşdu. Ermənilər dörd il ərzində bəlkə də dörd min nəfərlə Laçına hücum edib istədilər ki,  təxribat törətsinlər, şəhəri alsınlar. Bunların heç birinə nail ola bilmədilər. Hər dəfə itki verib geri çəkildilər. Oğlanlarımız erməni kəndlərinin içində şəhidlərimizin qisasını alırdılar. Bu qəhrəmanlığı göstərənlərdən biri də şəhid qardaşım Mübariz Əsgərov idi. Ermənilər artıq dərk etdilər ki, Ermənistan tərəfdən Laçına girmək mümkün deyil. Ermənilər rus ordusununun, Azərbaycanda ruslara xidmət edən satqınların köməyilə öyrəndilər ki, Laçını ancaq Dağlıq Qarabağ tərəfdən işğal etmək olar. 
 
“Əgər əsgərlər bilsəydilər ki, Arif bəyin səlahiyyətləri əlindən alınıb...”
Mən 4-cü əlahiddə tağımının komandiri idim. Orda da əsasən Əfqanıstandan gələn döyüşçülər idi, bildiyiniz kimi özüm də Əfqanıstan döyüşçüsüyəm. Harda təhlükə var idi, harda hücum olurdu dərhal qarşısını alırdıq. Dağlıq Qarabağda bizim alayla fəxr edirdilər. Harda problem olurdu həmin əraziyə bizim alay köməyə gedirdi. Bunlar da fikirləşdilər ki, birinci Laçını məhv etmək lazımdı ki, bununla da ermənilərin və rusların planı həyata keçsin. Axır məqamlarda da Arif Paşayevin səlahiyyətləri Müdafiə Nazirliyi səviyyəsində əlindən alındı. Mən də həmin vaxt Kirs dağının müdafiəsindəydim. Sonra eşitdim ki, Elburus Orucov adlı birini komandir qoyublar. Gecə növbədə olarkən beş tankla bir dəstə gəldi. Biz onları tez tərkisilah etdik. Sonradan bildim ki, bu Elburus Orucovdur. Arif Paşayevin müavini Şakir Sadıqovu çağırdım və E.Orucov dedi ki, qərargah rəisini də çağır. Mən Rafiq Nağıyevi də çağırdım və onlar da keçib öz aralarında söhbət etdilər. Sonra dedilər ki, biz sabah Şuşaya gedirik. Arif Paşayevi heç əsgər olmağa da imkan vermirdilər, amma biz bunu əsgərlərə bildirmədik. Əgər əsgərlər bilsəydilər ki, Arif bəyin səlahiyyətləri əlindən alınıb ola bilsin ki, təxribat daha da tezləşərdi və Laçın əhalisi mühasirədə qalıb tamamilə qırılardı. Çünki bunlar hesablamışdılar ki, Laçında da Xocalı faciəsi olmalıdır, 20 minə qədər insan məhv edilməlidir. 
“Bu proseslər Laçında baş verdiyinə görə çox adam elə bilirdi ki, qaçan laçınlılardır...”
Vəziyyət belə olanda mayın 8-də Şuşanı işğal etdilər. Orda Elburus Orucov da iştirak etdi. Bundan əvvəl Ramiz Qəmbərovu, icra başçısı Mikayıl Gözəlovu öldürdülər. Bir sözlə, döyüşən adamların hamısını öldürdülər. Bu ərəfədə Elçin Məmmədovun batalyonu və Şuşada döyüşən digər döyüşçülər şəhərdən çıxdılar. Onların da qarşısını biz Laçında kəsib dedik ki, bizi mühasirədə qoyub hara qaçırsınız? Onlar bizə çox sərt cavab verdilər. Dedilər ki, bizə Bakıdan zəng olunub geri qayıtmalıyıq. Həmin kadrı Milli Qəhrəman Çingiz Mustafayev çəkib. Ç.Mustafayevin də müdafiəsini təşkil edən şəhid qardaşım Mübariz Əsgərov idi. Ç.Mustafayev onlara deyirdi ki, “Hara qaçırsınız, siz qorxaqsınız”. Bu proseslər Laçında baş verdiyinə görə çox adam elə bilirdi ki, qaçan laçınlılardır. Bunlar gedəndən sonra Laçın mühasirədə qaldı. Təxminən 60-70 kilometr Ermənistanla sərhəddimizi müdafiə etdiyimiz halda Dağlıq Qarabağla sərhəddimiz açıldı. Bununla da biz tamamilə mühasirədə qaldıq. Elburus Orucov elə bir oyun oynadı ki, döyüşçülər Laçından çıxırdı, amma mülki əhali öz canının hayında qalmışdı. Axırıncı Qubadlıya çıxan yol da bağlandı. Bundan sonra Laçın 200-250 döyüşçüsünün ümidinə qaldı. Yenidən biz səfərbər olub 16-17 mayda mühasirəni yarıb 60-65 min əhalini ordan çıxardıq. Bu döyüşdə 150-160 nəfərə qədər döyüşçülərimiz şəhid oldular. Mülki əhalimizdən də xeyli əhali şəhid oldu. Əhalini imkan vermədik əsir düşsünlər. Qubadlı istiqamətində çıxdıq. Orda da dövlət adamları bir təxribat yaradıb imkan vermədilər ki, yenidən döyüşə qayıdaq. 
“1993-cü ilin sentyabr ayından Laçının şimal istiqamətindən 70-ə qədər kəndini işğaldan azad etdik...”
Həmin vaxt Arif Paşayev də topçularla birlikdə mühasirədə qalmışdı. O topçulara görə ermənilər Ermənistan tərəfdən Laçına girə bilmədilər və məcbur olub Dağlıq Qarabağ tərəfdən rayonu işğal etdilər. Sonra Arif Paşayev Kəlbəcər tərəfdən mühasirədən çıxdı. Biz Qubadlıya gəldik və orda da Cəbrayılda məskunlaşdıq. Arif Paşayev də bizim yanımıza gələndən sonra 1992-ci ildə Kəlbəcər tərəfdən Laçının ərazilərini işğaldan azad etməyə başladıq. 1992-ci ilin sentyabr ayından Laçının şimal istiqamətindən 70-ə qədər kəndini işğaldan azad etdik. Orda şəhidlərimiz də oldu, indi Şəhidlər Xiyabanında onları ziyarət edirəm. Allah hamısını rəhmət eləsin. Orda briqada komandiri Zaur Rzayev idi və Laçın koridoruna girmək üçün iki-üç post qalmışdı, onu almırdı. Sonradan məlum oldu ki, Surət Hüseynov əmr vermir və o, koridorun bağlanmasına icazə vermir. Bundan sonra birqada komandiri Əzizağa Qənizadə adlı adamı ora göndərdilər. Ə.Qənizadə də gələndən sonra heç bir döyüş əməliyyatı keçirmədi. 1993-cü ilin oktyabr ayında bizim yenidən Laçına girməyimizə imkan vermədilər. 
“Bununla da Laçın ikinci dəfə işğal olundu...”
Martın sonu aprelin əvvəlində Kəlbəcərin işğal olunması ərəfəsində Ə.Qənizadə ordunu postda olan döyüşçülərə də xəbər vermədən gecəylə ordan çıxardı. Bizim döyüşçülər və mülki əhalimiz mühasirədə qaldı. Təkcə mənim qan qohumlarımdan 17-18 nəfər şəhid oldu. Elə oldu ki, 20 döyüşçümüz 53 gün mühasirədə qalandan sonra ordan çıxdılar. Bu da Surət Hüseynovun və Əzizağa Qənizadənin tapşırıqlarının nəticəsi idi.  
Bununla da Laçın ikinci dəfə işğal olundu. Buna baxmayaraq biz keçmiş döyüşçülər həmişə yığışıb fikirləşirik ki, neyləyək bu töhməti, biabırçılığı üstümüzdən götürək. Dəfələrlə Ali Baş Komandana müraciət etmişik ki, öz torpaqlarımız uğrunda döyüşmək istəyirik. İrəlidə biz gedək, arxamızca da əsgərlərimiz gəlsin. Biz həmin günü gözləyirik”. (Moderator)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam