Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Maqsud Mahmudov bəraət istəyir

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki ittihamedici hökmdən narazıdır.

Yenixeber.org: Təqsirləndirilən şəxsin vəkili müvəkkkili barəsindəki hökmün ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti verib. Maqsud Mahmudov məhkəmədən bəraət qərarı qəbul edilməsini istəyir.

Şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hökmə əsasən Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam