Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

 

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam