Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türkiyəli ekspert :"Ukraynadaki hərbi münaqişə region ölkələrində bahalaşmaya səbəb olacaq"

Türkiyəli ekspert : Ukraynadaki hərbi münaqişə region ölkələrində bahalaşmaya səbəb olacaq

"Avropada qaynar müharibənin başlaması Türkiyə də daxil olmaqla, bütün region ölkələrində bahalaşmaya gətirib çıxaracaq".

Yenixeber.org: Bu fikirləri  türkiyəli iqtisadçı-ekspert, araşdırmaçı-jurnalist İrfan Donut bildirib.

Ekspert qeyd edib ki, xüsusilə türk lirəsinin (TL) ABŞ dolları qarşısında vaxtaşırı dəyər itirməsi və Ukrayna-Rusiya arasındakı müharibə Türkiyə üçün əlavə iqtisadi çətinliklər yarada bilər:

"Çünki gömrüklərdəki hazırkı vəziyyət də ticarəti olduqca zəiflədir. Bildiyiniz kimi Türkiyə, Rusiya və Ukraynaya müxtəlif növ dərman preparatları, tibbi ləvazimat, meyvə və tərəvəz ixracında qabaqcıl ölkələrdən biridir. Adıçəkilən məhsulların, xüsusilə qida mallarının da müəyyən saxlama müddəti var. Yəni, ya ticarətin sürətlənməsi üçün müvafiq addımlar atılmalı, qərarlar qəbul edilməli, ya da bəhs edilən məhsullar gömrüklərdə ziyan olmalıdır".

İrfan Donut
İrfan Donut

Onun sözlərinə görə, son bir həftədə Rusiya və Ukrayna ilə ticarət edən türk şirkətləri ciddi şəkildə maddi zərərə düçar olub:

"Türk şirkətləri digər xarici ölkələrlə və regional statuslu konsernlərlə ticarəti 3 aylıq qısa və ortamüddətli müqavilə əsasında həyata keçirirlər. Bu mənada istər Ukrayna, istərsə də Rusiya ilə yanvar, fevral və mart ayına aid olan "təxirəsalınmış" ödənişlər hələlik tam olaraq dondurulub".

İqtisadçı-ekspert Türkiyənin münaqişə tərəflərindən idxal etdiyi zəruri ərzaq məhsullarında qiymət artımı olacağını vurğulayıb:

"Türkiyə zəruri qida mallarından taxıl başda olmaqla, müxtəlif növ bitki yağları və çərəzləri, həmçinin gübrə çeşidləri, plastik məmulatları Rusiyadan idxal edir. Dünya bazarındaki göstəricilər artıq onu deməyə əsas verir ki, Ukrayna-Rusiya müharibəsindən dolayı baş qaldıracaq qiymət artımı və bahalaşma Türkiyədən də yan keçməyəcək"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam