Bu ölkə könüllüləri Ukrayna qoşunlarında xidmət edəcək-icazə verildi
Latviya Seymi vətəndaşların Ukrayna ordusunda müstəsna əsaslarla xidmət etməsinə icazə verən qanunlara düzəlişləri təsdiqləyib.
Yenixeber.org: Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün “Twitter” hesabından xəbər verib.
“Latviya parlamenti latviyalı könüllülərin Ukrayna Silahlı Qüvvələrində döyüşməsinə icazə verən qanunu yekdilliklə qəbul edib”, - deyə o bildirib.