Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Milli Məclisin yeni deputatları hansı dilləri bilirlər -SİYAHI

 

VII çağırış Milli Məclisdə bir sıra yeni simalar var. Maraqlıdır ki, yeni deputatlar neçə dil bilirlər?

Yenixeber.org bununla əlaqədar deputatlar arasında sorğu keçirilib.

Elçin Mirzəbəyli rus dilini səlis bildiriyini deyib: "Azərbaycan türkcəsini - ana dilimi bilmək, bütövlükdə isə Altay dil ailəsinin Türk dilləri qrupuna aid olan dilləri ən azı başa düşmək boynumun borcudur. Bununla yanaşı, təhsilimin bir hissəsi rus dilində olduğu üçün bu dildə də özümü sərbəst şəkildə ifadə edirəm".
Deputat ingilis dilini isə təkmilləşdirməyə çalışdığını deyib: "İngilis dili bilgim mətnlərlə işləməyim üçün çətinlik yaratmır, amma zəifdir. Təkmilləşdirməyə çalışıram".

Nigar Məmmədova 3 xarici dil bildiyini deyib: "Rus, ingilis və fransız dillərini səlis bilirəm".

Fariz İsmayılzadə sualımıza belə cavab verib: "Mən rus sektorunda oxumuşam. Ona görə də bu dili səlis bilirəm. Eləcə də ABŞ-da təhsil aldığımdan ingilis dili biliyim də mükəmməldir. İspan və türk dillərini isə aşağı səviyyədə bilirəm".

Günay Ağamalı rus, türk və ingilis dillərini bilir.

Azər Allahverənov rus, türk və ingilis dillərini bilir.

Mehriban Vəliyeva rus və türk dillərini bilir.

Azər Əmiraslanov da ingilis, rus və türk dillərini bilir.

Arzuxan Əlizadə: “Rus dilini sərbəst bilirəm. İngilis dilini isə başa düşürəm, vaxtım olsa, danışıq üçün əlavə hazırlaşmağı düşünürəm”.

Elşad Musayev: “Rus və türk dillərini bilirəm. İngilis dilini isə zəif bilirəm”.

Rizvan Nəbiyev: “Alman dilini bilirəm. Hətta bir müddət cənab Prezidentin alman dili üzrə tərcüməçisi olmuşam. İngilis dilini yaxşı bilirəm. Başlanğıc səviyyədə erməni və fars dillərini də bilirəm”.

Samir Vəliyev rus və ingilis dillərində sərbəst danışır. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam