Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ukrayna Rusiyalı naziri endirmək üçün havaya iki qırıcı qaldırdı

 

Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin də yer aldığı nümayəndə heyətinin uçduğu təyyarəni məcburi endirmək üçün havaya iki MiQ-29 təyyarəsi qaldırıb.

"xeberinfo.com": Bu barədə RİA Novosti agentliyinə nümayəndə heyətindəki mənbə bildirib. Medinskinin daxil olduğu nümayəndə heyəti Moldovanın separatçı Dnestryanı bölgəsindən qayıdırmış.

Bundan əvvəl Medinski bildirib ki, Ukrayna tərəfi onların təyyarəsinə ölkənin hava məkanından istifadəyə icazə verməyib və nəticədə təyyarə Kişnyova geri qayıdıb. Ukrayna tərəfi təyyarəni ölkə ərazisində məcburi endirməklə hədələyib. Nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının deputatları da daxildir. “Ukrayna əvvəlcə Rusiya nümayəndə heyətinin ölkə üzərindən uçuşuna icazə verdi, ancaq sonra fikrini dəyişdi. Vaşinqtondan zəng gəldi?” deyə Medinski bildirib.

Nümayəndə heyətində yer alan deputat Aleksey Juravlyov isə deyib ki, Ukrayna tərəfinin təxribatından ehtiyat edərək onlar iki hissəyə ayrılıblar. Onun sözlərinə görə, bir sutka ərzində Ukrayna tərəfi mövqeyini üç dəfə dəyişib. “Əvvəlcə icazə vermədilər, sonra bildirdilər ki, uça bilərik. Bizim hərbçilər təxribatdan ehtiyat edərək nümayəndə heyətinin iki hissəyə ayrılmasını məsləhət gördülər. Biz iki hissəyə ayrıldıq və hazırda ayrı-ayrı yollarla Moskvaya qayıdırıq” deyə deputat bildirib.

Bundan əvvəl Dnestryanı bölgədən Moskvaya qayıda bilmədiyini bildirən baş nazirin müavini Dmitri Roqozin isə artıq Rusiya paytaxtındadır. Onun hansı yolla geri qayıtdığı açıqlanmır. Siyasətçi bildirib ki, Rusiya hərbi sənayesinin “öz cığırları” var və o, artıq Moskvadadır. “Xunta isə burununu qurdalamaqla məşğuldur” deyə Roqozin ironiya ilə Twitter-də yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam