Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Nazirlik:"Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur"

Nazirlik: Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur

"Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur".

Yenixeber.org: Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində qeyd olunub.

"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - XİN-dən bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam