Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Tehranda hökumətə ETİRAZ:“Xameneiyə ölüm, diktatora ölüm!” - VİDEO

 

İranda yaşayış binalarından birində çəkilən video sosial şəbəkələrin gündəmini zəbt edib.

Yenixeber.org: “Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə “Iran International” xəbər agentliyi məlumat yayıb.

İranda inqilabdan sonra hər il 11 fevral (22 bəhmən) islam inqilabının qələbəsi günü kimi rəsmi şəkildə qeyd olunur.

Bildirilir ki, fevralın 10-da, yəni inqilabın ildönümündən bir gün qabaq Tehran şəhərində insanlar evlərinin balkon və pəncərələrinə çıxaraq hökumətə qarşı bir sıra şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında ən diqqətçəkənləri isə “Xameneiyə ölüm”, “diktatora ölüm” və “İslam Cümhuriyyətinə ölüm” şüarları olub.

Qeyd edək ki, özəlliklə son dövrlərdə İran xalqı arasında islam rejiminə qarşı kəskin nifrət müşahidə olunur. Bunu ölkə rəhbərliyinin İranın müxtəlif şəhərlərində quraşdırılan şəkil və heykəllərinin sadə vətəndaşlar tərəfindən dəfələrlə yandırılmasında da görmək olar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam