Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Pandemiya ilə əlaqədar yeni dövlət standartı qəbul olundu -Azərbaycanda

Azərbaycanda pandemiya ilə əlaqədar yeni dövlət standartı qəbul olunub

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.

Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış yeni standartın layihəsini Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standartın tətbiqi pandemiya dövründə müəssisələrdə təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, onların davamlı və səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam