Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanda -bitum məhsullarına dair dövlət standartları təsdiq edilib

Azərbaycanda bitum məhsullarına dair dövlət standartları təsdiq edilib

Azərbaycanda istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu” və AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər. Fraasa görə kövrəklik temperaturunun təyini üsulu” dövlət standartları təsdiq edilib.

Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xəbər verir.

Məlumata görə, həmin standartları Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu hazırlayıb, Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəsisələri, tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam