Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Fransa polisi qaçqın və miqrantlara qarşı güc tətbiq edir-FOTO/VİDEO

“Utopia 56” hüquq müdafiə təşkilatı tviterdəki hesabında Fransa paytaxtı Parisin körpülərindən birinin altında gecələyən miqrantların polis tərəfindən fiziki zorakılıqla dağıdılmasının videogörüntülərini yayıb.

Yenixeber.org: Görüntülərdə asayiş keşikçilərinin miqrantları ayaqları ilə təpikləyərək onları necə “oyatdığı” əks olunur. Görüntülərdə ayağı amputasiya olunmuş miqrantlardan biri qoltuqaltına güclə söykənərək polislə danışmağa çalışır.

Havanın soyuq keçməsinə baxmayaraq, bir qrup evsiz miqrant sonda düşərgəni tərk etməli olub.

“Utopia 56” bildirib ki, söhbət sığınacaq axtaran Sudan vətəndaşlarından gedir.

“Həmin insanların müdafiəsi və sığınacağı olmalıdır, lakin yoxdur, onlar daim polis tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırlar”, - hüquq müdafiəçiləri qeyd ediblər.

“Utopia 56” əlavə edib ki, Parisdə belə hadisələr beş gündür qeydə alınır.

{{widget-content-46663}}


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam