Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Maliyyə Nazirliyi:"Rəqabət Məcəlləsi ilə bağlı sənəd hazırda nazirlikdə icraatda mövcud deyil"

Maliyyə Nazirliyi: Rəqabət Məcəlləsi ilə bağlı sənəd hazırda nazirlikdə icraatda mövcud deyil

“İnhisarçılığın, rəqabətə zidd davranışların, haqsız rəqabətin qarşısının alınması, tənzimləmə prosesinin bazar iqtisadiyyatına uyğun qurulması mexanizmlərini özündə ehtiva edən Rəqabət Məcəlləsinin qəbul olunmasını Maliyyə Nazirliyi də digər dövlət orqanları kimi olduqca vacib hesab edir”.

Yenixeber.org: Bu sözləri Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, ötən ilin avqust ayında razılaşdırılmaq üçün nazirliyə daxil olan Rəqabət Məcəlləsinin layihəsinə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış rəy və təklif elə həmin ay müvafiq dövlət orqanına təqdim olunub:

“Hazırda isə sözügedən sənədlə bağlı hər hansı dövlət qurumundan göndərilmiş sənəd Maliyyə Nazirliyində icraatda mövcud deyil”.

Qeyd edək ki, Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam