Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilər-AÇIQLAMA

Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilər

İndiki zamanda, yəni süni qiymət artımı olduğu bir dövrdə Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanın daxili iqtisadiyyat bazarına təsirini göstərəcək.

Yenixeber.org: Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov sorğumuza cavab verərkən bildirib.

“Bu məcəllə həm inhisarçılığı müəyyən qədər aradan qaldıracaq, həm də qiymət siyasətinə təsir edəcək. Mal idxalına da təsiri olacaq. Azərbaycanda istənilən adam öz biznesini qurub rahat mal gətirib sata bilər və demək olar ki, heç bir inhisarçılıq baş verə bilməz", - millət vəkili hesab edir.

Deputat bildirib ki, bu məcəllə qəbul olunandan sonra mütləq Rəqəbət Agentliyi yaradılmalıdır:

“Mütləq hansısa bir orqan yaradılmalıdır ki, bu işləri tənzimləsin. Bu qurum da birbaşa ölkə başçısına tabe olmalıdır, çünki burada bazar iqtisadiyyatının çox ciddi inkişafından söhbət gedir. Bu, bazara çox böyük təsir edəcək bir qanun olacaq”.

V. Əhmədov hesab edir ki, bu məcəllə azad rəqabət qurmaq üçün çox əhəmiyyətlidir: "Bu məcəllənin bir nüsxəsi məndə var. Çox gözəl hazırlanıb. Mütəxəssislər bunun üzərində çox yaxşı işləyiblər. Bu məcəllə qəbul olunmalıdır".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi müəyyən dəyişiklikləri etdikdən sonra Rəqabət Məcəlləsi layihəsini razılaşdırılmaq üçün Maliyyə və Ədliyyə Nazirliklərinə təqdim edib.

Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam