Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ekspertdən PROQNOZ:Kəskin bahalaşma olacaq

 

Ekspertdən PROQNOZ:

“Əmək haqqı və pensiya artımı müşahidə olunursa, bu mütləq qiymətlərə təsir edir”.

Yenixeber.org: Bunu sayt;m;za açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.

Avropa ölkələrində də prosesin eyni cür getdiyini deyən ekspert oradakı qiymət artımının Azərbaycandakı qədər kəskin olmadığını qeyd edib:

 “Azərbaycanda elə olub ki, artan gəlirlərlə müqayisədə qiymətlər daha çox qalxıb. Yəni, gəlirlərin nominal dəyəri artsa da, real dəyər bir çox hallarda azalır. Amma Avropa, o cümlədən istənilən bazar iqtisasiyyatının oturuşduğu ölkələrdə belə bir hal müşahidə edilmir. Çünki həmin ölkələrdə rəqabət var”. 

Azərbaycanda bütün sahələrdə bahalaşmanın ola biləcəyini deyən ekspert, bunun daha çox ərzaq məhsullarında müşahidə olunacağını qeyd edib:

“Maaş və pensiyaların artımı üçün indi qərar verilsə də, sentyabr-oktyabr aylarından sonra həyata keçəcək. Kənd təsərrüfatı məhsullarında isə həm mövsümi səbəblərə,  həm də gəlirlərin artmasına görə il sonunda kəskin bahalaşma olacaq”.

A.Nəsirli qiymətlərin kəskin artışının səbəbini inhisarçılıqda görür:

“Azərbaycanda bazarda rəqabət olmadığı üçün qiymət artımı cilovlana bilmir”.(yenisabah)

Elnarə İlham


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam