Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Xidmətindən -qiymət artımı ilə bağlı açıqlama

Dövlət Xidmətindən qiymət artımı ilə bağlı açıqlama
Tariff Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, ölkəmizdə qiymətlər azad iqtisadiyyat sistemində tələb-təklif əsasında formalaşır. Buna hər hansı müdaxilə edilməsi, süni olaraq qiymətlərin tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmur.
Yenixeber.org: Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib. O bildirib ki, süni qiymət artımı ilə bağlı bazarda gündəlik monitorinq aparılır.

“Xidmət tərəfindən 57 adda ərzaq məhsulları, 28 adda meyvə-tərəvəz, 21 adda tikinti materialları üzrə monitorinq aparılıb. Bu, bazarda azad rəqabət şəraitində qiymətlərin monitorinqidir. Təhlillərimiz göstərir ki, qiymətlərin süni qaldırılması üzrə qanun pozuntuları aşkar edilməyib. Müəyyən kateqoriya məhsulların, məsələn, şəkər və duru yağın istehsalı ölkəmizdə mövcud deyil. Ölkə daxili ilə yanaşı, beynəlxalq bazarlarda da monitorinqlər aparılır və qiymət artımları müşahidə edilir. Beynəlxalq bazarlarda qiymətlər qalxırsa, o zaman qanun pozuntusu aşkarlanmır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam