Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vahid Əhmədov:“Bu ilin birinci rübünədək manatı qorumaq mümkün olacaq”

Əgər dünyada neftin qiyməti 40-45 dollar səviyyəsinə enərsə (hazırda 55 dollar civarında dəyişir-r), o zaman bu, Azərbaycanda da müəyyən problemlər yarada bilər. Ancaq yaxın zamanlarda bu gözlənilmir”.

 Yenixeber.org: Bu sözləri deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, hazırda neftin qiymətində elə də ciddi ucuzlaşma yoxdur. İndi Azərbaycanın 45 milyard dollara yaxın valyuta ehtiyatına malik olduğunu deyən deputat daha sonra əlavə edib: “Eyni zamanda, pul-kredit siyasətinə Mərkəzi Bank tərəfindən nəzarət edilir. İdxal-ixrac əməliyyatlarında isə ixrac idxalı üstələyir”.

Deputat hesab edir ki, Azərbaycanda yaxın zamanlarda devalvasiya gözlənmir: “Xüsusilə də 2019-cu ilin birinci rübünədək manatın qorunub saxlanılması mümkün olacaq. Sonrakı vaxtlarda əgər neftin ucuzlaşması prosesləri güclənərsə, o zaman müəyyən problemlər yarana bilər. Amma, hələlik, Azərbaycanda heç bir devalvasiya gözlənilmir.

Bununla belə, deputat deyib ki, Rusiya, Türkiyə, İran kimi qonşu və ticarət tərəfdaşı olan ölkələrin valyutalarının ucuzlaşması müəyyən qədər Azərbaycan iqtisadiyyatına da təsir göstərir: Ona görə də Dövlət Gömrük Komitəsi müəyyən mallara rüsumların miqdarını artırır ki, həmin mallar Azərbaycan bazarına daxil olmasın. İndi bu nə qədər doğru və yaxud doğru deyil, onu deyə bilmərəm.(ölke)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam