Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Kraliçanın yarıkeçəl heykəlini hazırladılar - FOTOLAR

Kraliçanın yarıkeçəl heykəlini hazırladılar – FOTOLAR

Bu il taxta çıxmasının 70-ci ilini qeyd edən Britaniya kraliçası II Elizabet son zamanlar həm sağlamlıq problemləri, həm oğlu Andreylə bağlı qalmaqal, həm nəvəsi Harrinin barəsində ortaya atdığı iddialar səbəbindən çətin dönəm keçirir. Bundan başqa, keçən il həyatının yarısından çoxunu birgə keçirdiyi həyat yoldaşı Şahzadə Filipp vəfat edib.

Yenixeber.org: Kraliça bu dəfə maraqlı səbəbdən gündəmə gəlib.

Belə ki, kraliçanın Almaniyanın Hamburq şəhərində yerləşən Panoptikum Mum Heykəllər Muzeyindəki heykəli müzakirələrə səbəb olub.

Kraliçanın muzeydəki mum heykəli təmizlənərkən maraqlı həqiqət üzə çıxıb. II Elizabetin mum heykəlinin çəhrayı şlyapası çıxarılarkən onun yarıkeçəl olduğu məlum olub. Yəni heykəlin saçlarının yarısı yoxdur, başının ortası keçəl olaraq hazırlanıb.

Həqiqət muzeyin yenidən açılışı əsnasında təşkil olunan brifinqdə açıqlanıb. Sənətçi Susanna Faerber mum heykəlin saçlarını darayaraq düzəldib və şlyapanı yerinə yerləşdirib.

“Mum heykəllərin həqiqi kimi görünməsi üçün insan saçı istifadə edirik. O da çox bahadır. Bu səbəbdən bəzi mum heykəllərin saçlarının bir hissəsi yoxdur. Sadəcə, ziyarətçilərin görə biləcəyi hissələrə saç yerləşdiririk”, – Susanna kraliçanı incitmək, ya da onu məsxərəyə qoymaq kimi bir məqsədinin olmadığını sözlərinə əlavə edib.

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam