Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KRALİÇAYA YOLUN SONU GÖRÜNÜR: Koronavirus Londonu da dəyişir - ARAŞDIRMA

 

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 07 aprel 2020-ci il

Kraliça II Yelizaveta 68 illik səltənəti boyunca, bəzilərinə görə 5-ci, əslindəsə, 4-cü dəfə millətə müraciət edib.

Yenixeber.org: Uşaqkən ailəsinin “Lilibet” deyərək çağırdığı Kraliça II Yelizaveta 1952-ci ildə taxta çıxıb. O tarixdən bu günədək keçən müddətə baxsaq, onun Uinston Çörçill, Entoni Eden, Harold Makmillan, Alek Duqlas Houm, Harold Uilson, Edvard Hit, Ceyms Kallahan, Marqaret Tetçer, Con Meycor, Toni Bleyer, Qordon Braun, Devid Kameron, Tereza Mey və Boris Conson kimi Baş nazirlərlə işlədiyini görərik. Yəni, böyük bir tarixi dövrü əhatə edir.

Kraliça II Yelizaveta əsassız yerə ekrana çıxıb millətə müraciət etməzdi. Məsələn, 1991-ci ildə İngiltərə I Körfəz Müharibəsinə qatıldığı zaman “Üzərində günəş batmayan imperiya üçün Körfəzdəyik” demişdi.

1997-ci ildə şahzadə Diana dəfn edilməmişdən öncə, cinayəti törətdiklərinə, ancaq buna məcbur olduqlarına işarət edirdi. Bəziləri Kraliçanın “günah çıxardığını” bilirdi.

2002-ci ildə anası Yelizaveta Bouz Lion öldüyü zaman dəfn mərasimi öncəsi Kraliça kimi deyil, sadəcə bir insan olaraq millətə səslənmişdi.

İndi, yəni, 2020-ci ildə isə yalnız fərd olaraq ekranda idi. Dünyanın diqqəti bu müraciətə kilidlənmişdi. Kraliça birlikdən bəhs edirdi. Böyük Britaniyaya birlikdə olduqları halda, koronavirusa görə heç kimə təslim olmayacaqlarını anladırdı. İqtisadi durumun pisləşəcəyini, lakin burada cəsarətlə qələbə qazanacaqlarını hayqırırdı. İş adamlarının bugünlərdə necə davrandıqlarını unutmayacaqlarını söyləyirdi.

Kraliçanın nitqi öncədən qeydə alınmışdı. “Dərin London” onu izləmişdi. Həmən hərəkət edilməsi haqqında qərar verilmişdi. Kraliça son sözünü söylədiyi anda ingilis televiziyaları son dəqiqə elanını verirdilər. Bütün internet səhifələri “Boris Conson xəstəxanaya aparıldı” deyirdi. Bir güc Kraliçanın etdiyi müraciəti “budayır”, təsirsiz hala gətirirdi. Kraliça II Yelizavetanın tarixi çıxışı ikinci plana atılırdı. Boris Consonun ölməsi haqqında iddialar da sosial mediada yayılırdı. “Dərin London” Kraliçanın millətə müraciətini təsirsiz hala gətirirdi.

Bəli, Conson yerli vaxtla saat 16.00-da xəstəxanaya aparılmışdı. Problemi yox idi, ancaq açıqlama verilməsi üçün Kraliçanın son sözünü söyləməsi gözlənilirdi. Elə də oldu.

“Dərin London” koronavirusu Kraliçaya göndərdi. Ciddi mənbələr Kraliçanın millətə müraciət etdiyi zaman xəstə halını gördülər. Ekrandakı Kraliça qəmgin deyil, yorğun və tükənmiş halda idi. İngiltərə də, Kraliça da panikada idi. Bunun gizlədiləcək bir tərəfi də yox idi. İngiltərə Baş naziri xəstəxanaya aparılır, Kraliça ona “keçmiş olsun” demək üçün zəng etmir, edə bilmir. Çünki Kraliça ilə Baş nazir Consonun Britaniya ilə bağlı xəyalları eyni deyildi.

Conson, Kraliçanın 2020-ci ilin sonunu görə bilməyəcəyini bir çox iş adamı ilə paylaşdı. Bu məlumat Kraliçanın ölə biləcəyinə də, taxtdan çəkilə biləcəyinə də işarət edirdi. Ssenari çox yaxşı işlənmişdi. Oğlu şahzadə Çarlz, Baş nazir Boris Conson və Kraliçanın bir çox işçisi koronavirusa yoluxduKraliça da infeksiyaya yoluxub ölərsə, kimsə təəccüblənməz. Londonda baş verən hadisələrin inkişafı, əslində, dünyanın da gələcəyinə yön verəcək.

Bunu anlamaq çətin deyil. Londonda Game of Thrones”-un real variantı yaşanır. Koronavirus yayılmadan öncə Harrinin öz ünvanlarından imtina etməsi də, ABŞ-a yerləşməsi də təsadüfi deyildi. Hətta Tramp, Harriyə müraciətlə “Gəlsin, amma ona özəl mühafizə verməyəcəyik” dedi.

Bu arada, dünən ingilis sosial mediasında şahzadə Diananın ölümü təkrar xortladıldı. Kraliça çıxış edərkən sosial mediada şahzadə Diananın ölüm xəbərini alan Kraliçanın Şotlandiyadakı tətilini yarıda kəsməməsi, Bukinqem sarayındakı bayrağın yarıya endirilməməsi dünən təkrar gündəliyə gətirildi.

Artıq Kraliçanın işi çox çətinləşib. Bu dəfə taxt oyunlarını keçmişdə olduğu kimi, güclü oynaya biləcəkmi? Kraliça yalnız qalıb. Uşaqları, nəvələri belə, onun ölməsini istəyir.

Koronavirus dünyanı dəyişdirəcək. Avropa da, London da keçmişdəki kimi olmayacaq. Kraliça, “Koronavirusa görə heç kimə təslim olmayacaqlarını” elan edərkən, əslində, gedən savaşın anlayışını verirdi. Anlamalı olduğumuz yer də tam olaraq bu nöqtə, yəni gedən savaşdır…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam