Dörd əfqan -Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib
Əfqanıstanın dörd vətəndaşı Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib.
Yenixeber.org: Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında deyib.
O bildirib ki, həmin şəxslər əvvəldən Azərbaycanda müvafiq yaşama icazə olanlardır: “Lakin ölkə sərhədlərinə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Müxtəlif həmkar qurumlardan və beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu daxil olub".