Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əcnəbilərə kirayə ev verənlərin nəzərinə…-...qeydiyyata...

 

Əcnəbilərə yaşayış sahəsi verən şəxslər bəzən onların müvəqqəti qeydiyyata alınmasına razılıq verməyə tərəddüd edirlər. Nəzərə alınmalıdır ki, əcnəbilər həmin yaşayış sahəsinə müvafiq yaşama icazəsinin etibarlılıq müddətində qeydiyyata alınır, yaşama icazəsinin etibarlılıq müddəti bitdiyi andan və ya yaşayış sahəsi verən şəxsin müraciəti əsasında onların qeydiyyatı da bitmiş olur.

Yenixeber.org: Bu barədə əcnəbilərin müvəqqəti qeydiyyata alınmasında yaşanan problemlər barədə danışan Dövlər Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov qeyd edib. O bildirib ki, müvəqqəti qeydiyyatda əcnəbilərin həmin yaşayış sahələrinə həmişəlik qeydiyyatından söhbət getmir və belə qeydiyyat həmin yaşayış sahəsi üzərində heç bir xüsusi imtiyaz yaratmır:

“DMX tərəfindən tələb edilən “əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi” deyildikdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd başa düşülür. Yəni, qanunvericlikdə qeydiyyat üçün yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (kupça) deyil, həmçinin yuxarıda göstərilən digər sənədlər də qəbul edilir.

Kirayə müqaviləsinə gəldikdə isə kirayə müqaviləsində kirayəçi qismində müvəqqəti yaşama icazəsi almaq istəyən əcnəbi çıxış etməlidir. Kirayəçi başqa şəxs olduqda isə əcnəbinin qeydiyyatına yalnız o halda icazə verilir ki, kirayə müqaviləsində kirayəçiyə bu hüququn verildiyinə dair müddəa nəzərdə tutulmuş olsun”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam