Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bölgədə durumu dəyişdirəcək qərar: Suriya və Türkiyənin ortaq planı açıqlandı

 

Suriyanın yeni xarici işlər naziri Əsəd Həsən Şibaninin Ankara səfərində YPG/SDQ terror təşkilatı ilə bağlı məsələ gündəmdə olacaq.

Yenixeber.org: Məlumata görə, tərəflər Suriyada təhlükəsizliklə bağlı inkişafları, xüsusən də Ankara ilə “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında davam edən silahlı qarşıdurmaları müzakirə edəcəklər:

“SDQ dosyesinə əlavə olaraq, Şibani və türkiyəli həmkarı Hakan Fidan enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq və Dəməşqə tətbiq edilən beynəlxalq sanksiyaları da müzakirə edəcəklər”.

Məqalədə, həmçinin qeyd olunur ki, Türkiyə Suriyanın yeni administrasiyasına təlimlərdə kömək etmək istəyini bəyan edib. Mənbə Ankara-Dəməşq əməkdaşlığı çərçivəsində yeni hökumətin Suriyadakı silahlı qruplaşmaların ölkənin rəsmi ordusuna inteqrasiyası və ya ləğvinə də diqqət çəkib.

“Türkiyə mənbələrinə görə, Şibaninin Ankaraya səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Dəməşqə səfərinə zəmin yaradacaq. Bu, Suriyanın yeni rəhbəri Əhməd əl-Şəra Ankaraya səfər etməzdən əvvəl baş tutacaq”, - nəşr əlavə edib.

Mənbə vurğulayıb ki, Ərdoğanın Suriya paytaxtına səfəri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra, onun bölgə və Suriyanın yeni administrasiyası ilə bağlı baxışı aydınlaşana qədər baş tuta bilər.

Şibaninin Türkiyə ilə bu ölkədəki sayı 3 milyona yaxın olan suriyalı qaçqınların qayıdışını da müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Suriyanın baş diplomatı Türkiyəyə bu gün gələcək. Onu səfərində Suriya müdafiə naziri general-mayor Murhəf əbu Kəsra və kəşfiyyat xidmətinin rəhbəri Enes Xəttab müşayiət edəcək.(“Al Arabiya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam