Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Xaricilərə iş şəffaf və rahat formada olacaq” –Vüsal Hüseynov

 

“Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır”


Yenixeber.org:  Bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq. V. Hüseynovun sözlərinə görə, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: “Bu məsələlər hamısı işçi qaydada şurada müzakirə olunacaq”.
O bildirib ki, iş icazəsi alınması üçün sənədlərin verilməsindən, yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.
Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarına da toxunub. V.Hüseynov vurğulayıb ki, bu kvotaların müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.
Xidmət rəsisi bildirib ki, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsını asanlaşdırmaq üçün həmçinin elektron tətbiq üzərində iş qurur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam