Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azərbaycan miqrantlar üçün populyar məkandır” -Vüsal Hüseynov

“Azərbaycan miqrantlar üçün populyar məkandır” - Vüsal Hüseynov
"Azərbaycan miqrantlar üçün populyar məkandır, çünki burada təhlükəsizlik tam təmin olunub, multikultralizm, dözümlülük hökm sürür" 

Yenixeber.org: Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" adlı plenar sessiyada çıxışı zamanı deyib.
Xidmət rəisi bildirib ki, bu, hökümətin uzunmüddətli siyasəti ilə bağlıdır: "Biz turizmin, sərmayələrin Azərbaycanda inkişaf etməsi ilə bağlı tədbirlər görmüşük. Miqrantlar Azərbaycanı məskunlaşmanın mümkün məkanı kimi qiymətləndirirlər". 

V.Hüseynov qeyd edib ki, hazırda dünyada 260 milyon miqrant var: "Məcburi köçkünlərın sayı isə 68,5 milyon nəfərdir. Bu, rekord saydır. Miqrasiya bir sıra platformalarda müzakirə mövzusuna çevrilib. Dinamik inkişaf yeni çətinlikləri, təhlükələri, insan təhlükəsizliyini gündəmə gətirməyə başlayıb. Miqrasiya eyni zamanda inkişafa dəstək verir. Dünyanın istənilən ölkəsi miqrasiya siyasətindən maksimum yararlanmaq istəyir". 

DMX rəisi vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir: "Miqrasiya baxımından Azərbaycan müvafiq beynəxalq sənədləri imzalayıb. Milli qanunvericiliyimizi həmin standartlara uyğunlaşdırmışıq. Miqrasiya transsərhəd problemdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam