Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Güclü külək bir sıra fəsadlar törədib -Bakıda

Güclü külək Bakıda bir sıra fəsadlar törədib

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub.

Yenixeber.org: Güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, güclü küləyin təsirindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyündə dəmir navalçanın qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər binanın dam örtüyündən qoparaq asılı vəziyyətdə qalmış uzunluğu təqribən 3 metr olan dəmir navalçanı götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli binanın dam örtüyündə dəmir lövhənin, Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə beşmərtəbəli binanın fasad üzlüklərinin qoparaq ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olan məlumatlara əsasən operativ olaraq cəlb edilən XRXX-nin xilsediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam