Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Belarus səfirliyinə hücüm edildi-Londonda

              Bazar günü, dekabrın 19-da Belarusun Londondakı səfirliyinə hücum edilib.

Yenixeber.org: Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Əvvəlcə bir qrup şəxs binanın fasadını zədələyib, daha sonra hadisə yerinə gələn Belarus diplomatlarına fiziki hücum edilib. Onlardan biri ağır yaralanıb, təcili tibbi yardıma ehtiyac olub. Səhiyyə müəssisəsində ona burun sınığı, yüngül beyin silkələnməsi və travmatik diş sınığı diaqnozu qoyulub”, - XİN-dən bildiriblər.

Hüquq-mühafizə orqanlarının gəlişindən sonra hücum edənlər hadisə yerindən qaçmağa cəhd ediblər, lakin onların bəziləri London diplomatik polisi tərəfindən saxlanılıb.

“Şəxslərin “Nadzeya” radikal mühacirət qrupunun üzvü olduqları ehtimal olunur”, - XİN-in bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, hadisə ilə bağlı Böyük Britaniyanın müvəqqəti işlər vəkili Minskdəki departamentə çağırılıb, ona hadisənin hərtərəfli araşdırılması, günahkarların cəzalandırılması tələbi ilə kəskin etiraz edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam