Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

""Omikron" sürətlə yayılır, sürətlə də azalacaq" -"Hər altı ay əvvəlki 6 aydan daha yüngül keçəcək"

Britaniya səhiyyəsinin rəhbəri Professor Kris Uitti bildirib ki, pandemiya daha 18 ay davam edəcək, amma hər altı ay əvvəlki 6 aydan daha yüngül keçəcək. Onun təxminlərinə görə bu, əhalinin geniş təbəqələrinin peyvəndənməsi şəraitində belə ola bilər.

Yenixeber.org: Professorun sözlərinə görə, pandemiyanın ən ağır yükü, gələcək ştamların önlənməsi vəzifəsi tamamilə COVID vaksinlərinin üzərinə düşəcək.

Kris Uitti Britaniya parlamentinin səhiyyə və sosial qayğı komitəsində deyib ki, virus həmişəlik problem olaraq qalacaq: "Düşünürəm ki, risklər tədricən azalacaq. Amma bu, dərhal yox tədricən baş verəcək. Zənnimcə hər 6 ay əvvəlkindən daha yüngül olacaq. Bunun hansı zaman müddətində baş verəcəyini deməkdə çətinlik çəkirəm. Elmdə proqnoz vermək qorxuludur”.

Alınan son məlumatlar göstərir ki, "Omikron" ştammının R yoluxma əmsalı 3-5 arasıdır. Bu o deməkdir ki, hər bir adam 3-5 başqa adamı yoluxdura bilər.

Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyinin baş müşaviri, professor Süzan Hopkins isə parlament komitəsinə bildirib ki, "Omikron" ştammının yoluxma rəqəmləri hər iki gündən bir iki dəfə artır. Yoluxma əmsalı 3-5-dir, halbuki Delta ştammı üçün bu rəqəm 1.1-1.2-dir. 

Doktor Hopkins onu da deyib ki, "Omikron" haqqında etibarlı məlumat Miladla Yeni il arasındakı həftədən tez bilinməyəcək.

Onun sözlərinə görə, hazırda "Omikron"a yoluxma ilə xəstəxanalarda 15 pasient var. Az-çox etibarlı məlumat üçün bu rəqəmin 250-yə çatmasını gözləmək lazımdır. Professor Uitti aydınlıq gətirib ki, 15 rəqəmi məlum olanıdır, əsl göstərici daha yüksək olmalıdır.

Professorun sözlərinə görə, "Omikron" daha sürətlə yoluxduğundan yoluxma sayı da çox olacaq, amma bu həm də yoluxmaların pikdən sonra sürətlə azalacağı deməkdir. Professor deyib ki, bu ştammın ilk tapıldığı Cənubi Afrikada yoluxmalar artıq səngiyib. O qeyd edib ki, virusun zəifləməsi kifayət qədər sürətlə baş verəcək.

Buna baxmayaraq, səhiyyə ekspertləri bildirirlər ki, xəstəxanaya düşənlərin sayı yanvar ayında fəlakətli şəkildə arta bilər. Problem bundan ibarətdir ki, "Omikron"un simptomları zəif olsa da, o daha çox insana yoluxur və deməli daha çox insanın xəstəxanaya düşməsinə yol açır. Parlament komitəsinin rəhbəri Ceremi Hant xatırladıb ki, Britaniyada xəstəxanaya düşənlərin rekord sayı 4583 olub, amma "Omikron" bu rekordu təzələyə bilər. Onun sözlərinə görə rəqəmin daha az olması da mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam