Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Koronavirus 18-24 ay davam edə bilər-AÇIQLAMA

 

                   

 Payızda daha böyük ikinci dalğa gözlənilir
ABŞ-ın aparıcı pandemiya mütəxəssislərinin yazdığı bir hesabatda qeyd edilir ki, koronavirus pandemiyası 18 aydan iki ilə qədər davam edə bilər.
Yenixeber.org: Daha böyük ikinci dalğa payızda və ya qışda ola bilər. Minnesota Universiteti Yoluxucu Xəstəliklər Araşdırma və Siyasət Mərkəzinin (CIDRAP) hesabatında pandemiyanın əhalinin 60-70 faizi üçün təsirsiz ötüşməyəcəyi bildirilib.
"Bunun dərhal bitəcəyini düşünmək mikrobiologiyaya qarşıdır”,- CIDRAP direktoru Mayk Osterholm CNN Televiziyasında çıxışında deyib. Son 20 ildir epidemiya və riskləri araşdıran Osterholm ABŞ prezidentlərinə bu mövzuda müstəşarlıq edib. Hesabatda Covid-19 yeni olması səbəbindən heç kimin bu xəstəliyə qarşı immunitetə sahib olmadığı qeyd edilib.
"Sürü immuniteti insanlar arasında tədricən inkişaf edəcəyi üçün yayılma müddətinin 18-24 ay olacağı ehtimal olunur. Covid-19 daha uzun inkubasiya dövrünə sahib olması, daha qeyri-müəyyən yayılması və daha yüksək R0 dəyəri (ötürülmə əmsalı) səbəbiylə qripdən daha asan yayılır”.
Hökumət rəsmilərinin xalqa bu xəstəliyin tezliklə bitəcəyini söyləməkdən vaz keçib gələcək üçün hazırlıqlar görməyi tövsiyə edən hesabatda üç ssenari qeyd olunub. Ssenari 1: 2020-ci ilin yazında ilk Covid-19 dalğasını yay boyunca və bir-iki il sonra kiçik dalğalar izləyə bilər. Virus 2021-ci ildə tədricən azalır.
Ssenari 2: İlk Covid-19 dalğasını payızda və ya qışda daha böyük bir dalğa izləyə bilər. 2021-ci ildə bir və ya daha iki kiçik dalğa ola bilər.
Ssenari 3: Epidemiya yavaş-yavaş davam edir. Bu ssenaridə epidemiyanın yavaşlaması təkrar tətbiq etmək tələb edilmir. Lakin yoluxma halları və ölümlər davam edəcək. Hesabatda ən ağır proqnoz olan ikinci ssenariyə uyğun olaraq hazırlığın davam etməli olduğu bildirilir.(BBC)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam